Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev son günlər ölkədə yaşanan y... - %c9%99sas

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev son günlər ölkədə yaşanan yumurta çatışmazlığı və onun qiymətinin bahalaşması məsələlərinə aydınlıq gətirib.

A.Vəliyev açıqlamasında deyib ki, yumurta çatışmazlığının və qiymət artımının sənaye quşçuluğuna heç bir təsiri yoxdur: “Hazırda Azərbaycanda sənaye üsulu ilə yumurta istehsalı öz qaydasında gedir. Burada yalnız problem fərdi təsərrüfatlarla bağlı ola bilər. İndi payız ayı olduğu üçün kəndlərdə fərdi təsərrüfatlarda olan quşlar artıq yumurtadan kəsilib. Çünki havalar soyuyanda quşların 50-70 faizi yumurtadan kəsilir. Bizim “kənd yumurtası” adlandırdığımız məsulların da bahalaşmasına səbəb budur. Ancaq bizim yerli istehsalımız əvvəlki qaydada gedir”. Cəmiyyət sədri bir sıra ekspertlərin quşların kütləvi qırılması ilə bağlı səsləndirdiyi iddialara da cavab verib.

O deyib ki, bu il Azərbaycanda kütləvi quş qırılması faktı olmayıb və burada heç bir məsələ əhalidən gizlədilməyib: “Sentyabrın 15-dən etibarən Azərbaycanda tədris mövsümü başlayıb. Bu zaman tələbələrin Bakıya axını baş verir. Tələbələr də ən çox yediyi qida yumurta olur. Ona görə də yumurta məhsuluna alıcılıq qabiliyyəti yüksəlib, tələbat çoxalıb. Ancaq yenə də deyirəm, sənaye üsulu ilə istehsal olunan yumurtaların qiymətində heç azalma və ya bahalaşma müşahidə edilməyir. Müqavilə ilə kim nə qəfər məhsul istəyirsə, o qədər də istehsal edilir. Kimsə deyirsə ki, guya quşlar kütləvi şəkildə qırılıb və bu əhalidən gizlədilib, bu səhv fikirdir. Bəs bui qədər yumurtalar bazara haradan gəlir? Sadəcə olaraq indi fərdi təsərrüfatlarda yumurta demək olar ki, yoxdur. Biz tez-tez rayonlara gedirik. İndi rayonlarda qətiyyən yumurta qalmayıb. Bu da Azərbaycanda satılan yumurtanın təxminən yarısına bərabərdir. İndi “kənd yumurta”sı yoxdur deyə, bu cür şərait yaranıb”. A.Vəliyev qeyd edib ki, sözügedən problemin aradan qaldırılması üçün dövlət tərəfindən lazımı addımların atılması çətin məsələdir: “Çünki ətlik istiqamətində olan quşlar tez ət verdiyi üçün onu kəsirlər. Ancaq yumurtalıq quşlarda məsələ fərqlidir. Yumurtalıq quşlar təxminən 2 il saxlanılır, sonra 1,5 il yumurta verir, yenə dayanır. Ona görə də həmin quşlara biz deyə bilmərik ki, indi yumur



Source