Ailə həyatı yalnız sevgi və sevinc hisslərindən ibarət deyil. Düzdür, insanlar t... - %c9%99sas

Ailə həyatı yalnız sevgi və sevinc hisslərindən ibarət deyil. Düzdür, insanlar tək qalmamaq, birlikdə xoşbəxt olmaq, səadətə, sevgilisinə qovuşmaq, oğullu-qızlı olmaq üçün ailə qururlar. Lakin mükəmməl insan olmur. Səhv etməksə hamıya məxsusdur.Ümumiyyətlə, qadınların psixologiyası münasibətlərdə kişilərin psixologiyasından fərqlənir və nəticədə fikir ayrılığına gətirib çıxarır. Həm qadın, həm də kişilər səhv edirlər. Lakin bu yazıda qadınların şəxsi münasibətlər zamanı yol verdikləri səhvlərdən söhbət gedəcək.Qadınlarımız davranışı ilə sevdiyi kişilərin ən pis xüsusiyyətlərini belə aradan qaldıra bilərlər. Amma, bu o demək deyil ki, münasibətlərdəki bütün problemlər qadınların təqsiri üzündən yaranır və kişilərin öz mənfi cəhətlərini aradan qaldırmağa ehtiyacı yoxdur.Qeyd edək ki, uğurlu münasibətlərin 50 faizi qadınların davranışından asılıdır. Qadınların bəzi hərəkətləri həyat yoldaşları ilə münasibətlərdə dağıdıcı rol oynayır. Əlbətdə qadınlar bu səhvləri bilmədən, düşünmədən də edə bilərlər. Bu səhv hərəkətlərin çoxu qadınların anaları tərəfindən aşılana bilər.Sən onu olduğu kimi sevirdinsə, indi nəyə görə dəyişdirmək istəyirsən?Qadınlar çox vaxt sevdiyi insanı ideallaşdırırlar. Onun pis vərdişlərini aradan qaldırmağa çalışırlar. Problemlər də məhz pis vərdişlər aradan qalxmayanda başlayır. Lakin belə vəziyyətdə xanımlar qərar verməyə tələsməməlidirlər. Bu məsələni zamanla həll etmək olar. Qadınlar sevdiyi insanı dəyişdirməyə cəhd etməməlidirlər. Ona görə ki, hər bir şəxsin özünəməxsus xarakteri və vərdişləri var. Bir uğursuzluq baş verən zaman bəzi qadınlar narahat olur, özlərinə bədbəxt, uğursuz insan deyirlər. Əslində isə bəzi qadınlarımızın kifayət qədər təcrübəsi olsa, zamanla bu problemləri aradan qaldırmaq mümkün olacaq.



Source